Rusiya Mərkəzi Bankı uçot faiz dərəcəsini 14,25%-ə endirib

Rusiya Mərkəzi Bankı uçot faiz dərəcəsini 0,5 faiz bədi azaldaraq 14,25%-ə endirib, bu barədə tənzimləyicinin saytında bildirilir. Xatırladaq ki, 2026-cı il aprelin 24-də uçot dərəcəsi illik 14,5% səviyyəsində müəyyən edilmişdi.

Bankın məqsədi inflyasiya üzrə hədəfi 4% səviyyəsində saxlamaqdır. Tənzimləyici iyunun 17-də bildirmişdi ki, uçot dərəcəsi ilə bağlı qərarlar “inflyasiyanın yavaşlamasının nə dərəcədə dayanıqlı olacağından asılı olaraq” qəbul ediləcək.

Rusiya Mərkəzi Bankının hazırkı qərarı pul-kredit siyasətinin ardıcıl doqquzuncu yumşaldılması olub. Faiz dərəcələrinin endirilməsi dövrü 2025-ci ilin iyun ayında keçirilən iclasdan başlayıb.

Həmin vaxt tənzimləyici uçot dərəcəsini illik 21%-dən 20%-ə endirmişdi. İyul ayında dərəcə 18%-ə, sentyabrda 17%-ə, oktyabrda 16,5%-ə, dekabrda 16%-ə, fevralda isə 15,5%-ə qədər azaldılıb.

Bu yazını sevimli AI
köməkçinizlə qısaldın
Son xəbərlər
Digər xəbərlər