Rusiya Mərkəzi Bankı uçot faiz dərəcəsini 16,5%-dən 16%-ə endirib. Xatırladaq ki, sonuncu dəfə tənzimləyici uçot faiz dərəcəsini 2024-cü ilin iyulunda endirib. Dekabrın 15-nə olan qiymətləndirməyə görə, Rusiyada illik inflyasiya 5,8% təşkil edib və 2025-ci ilin yekununda onun 6%-dən aşağı olacağı gözlənilir.
Ölkədə iqtisadi aktivlik mülayim templərlə artır, lakin sahələr üzrə vəziyyət qeyri-bərabərdir, tənzimləyicinin açıqlamasında bildirilir.
Bildirilir ki, faiz dərəcəsi ilə bağlı növbəti qərarlar inflyasiyanın yavaşlamasının dayanıqlılığına və gözləntilərin dinamikasına uyğun olaraq qəbul ediləcək.







