Rusiya Mərkəzi Bankı uçot faiz dərəcəsini 0,5 baza bəndi azaldaraq 16,5%-ə salıb.
Tənzimləyicinin məlumatına görə, Rusiyada illik inflyasiya 20 oktyabr tarixinə olan qiymətləndirməyə görə 8,2% təşkil edib, 2025-ci ilin yekunlarına görə isə 6,5–7,0% diapazonunda gözlənilir, bu barədə Mərkəzi Bank faiz dərəcəsinə dair relizində bildirib.
Bu, uçot faiz dərəcəsinin artıq ardıcıl dördüncü dəfə faiz endirilməsidir. 2024-cü ilin oktyabrından 2025-ci ilin iyununadək dərəcə 21% səviyyəsində saxlanılmışdı.






