13 C
Baku
Saturday, November 23, 2024

Rusiya Mərkəzi Bankı uçot faiz dərəcəsini 21%-ə qaldırıb

Rusiya Mərkəzi Bankı uçot faiz dərəcəsini 19%-dən 21%-ə qaldırıb ki, bu da tarixi maksimum olub.

Sonuncu dəfə sentyabrın 13-də keçirilən iclasda idarə heyəti uçot dərəcəni 18%-dən 19%-ə yüksəldib. Bundan sonra tənzimləyicinin nümayəndələri dəfələrlə 4% inflyasiya hədəfinə nail olmaq üçün növbəti sərtləşdirməni nəzərdən keçirəcəklərini bildiriblər.

Tənzimləyicinin proqnozu 2024-cü ildə inflyasiyanın 6.5-7% diapazonunda olacağını, 2025-ci ildə isə 4-4.5%-ə düşəcəyini və gələcəkdə 4%-ə yaxın olacağını nəzərdə tutur. Bununla belə, cari ilin sentyabrında Mərkəzi Bankın məlumatına görə, mövsümi təsirlərdən təmizlənmiş inflyasiya avqustdakı 7.5%-dən 9.8%-ə yüksəlib. Baza inflyasiyası avqustda 7.7%-dən sonra 9.1%-ə çatıb.

Son xəbərlər
Digər xəbərlər