Rusiya Mərkəzi Bankı uçot faiz dərəcəsini sabit – 7.5% səviyyəsində saxlayıb, Banker.az bu barədə “TASS”a istinadən xəbər verir.
“Qiymət artımının hazırkı tempi mülayimdir, istehlakçı tələbi isə məhdudlaşdırılıb”, – tənzimləyici izah edib.
2022-ci ildə Rusiya Mərkəzi Bankı “maliyyə və qiymət sabitliyini dəstəkləmək və vətəndaşların əmanətlərini amortizasiyadan qorumaq” məqsədilə uçot faiz dərəcəsini 9.5%-dən kəskin şəkildə iki dəfədən çox artıraraq rekord həddə 20%-ə qaldırıb. Aprel ayından başlayaraq tənzimləyici onu tədricən azaltmağa başlayıb və sonuncu dəfə oktyabr ayında keçirilən iclasda 7.5% səviyyəsində təyin edib.