12 C
Baku
Saturday, November 9, 2024

Rusiya Mərkəzi Bankı valyuta bazarına qayıdır

Rusiya Mərkəzi Bankı valyuta bazarına geri qayıdır. Səbəb isə neftin bahalaşması və dollar alışına ehtiyac yaranmasıdır.

Rusiya mətbuatına istinadən xəbərə görə, dövlət rezervləri kifayət qədərdir. Amma rubl zəif olaraq qalır. Ekspertlərin rəyinə görə, rublun dollara qarşı məzənnəsi 55 rubl səviyyəsində stabilləşdiriləcək.

Rusiya Mərkəzi Bankının birinci vitse prezidenti İqor Şuvalov bildirib ki, dünya bazarında neft bahalaşıb və hökumət xərclərini qorumağa qərar verib.

Ekspertlər bildirir ki, Mərkəzi Bankın siyasəti neftin bahalaşacağı təqdirdə belə rublun məzənnəsi möhkəmlənməməsinə yönəlib.

MənbəPublika.az
Son xəbərlər
Digər xəbərlər