Rusiya Bankı (Mərkəzi Bank) bu ilin I rübündə ölkə iqtisadiyyatının 1-1,5% böyüyəcəyini proqnozlaşdırır.
Məlumata görə, bu ilin yanvar ayında ölkədə biznes fəaliyyəti ilə bağlı göstəricilər Mərkəzi Bankın gözləntiəri ilə üst-üstə düşüb. Ay ərzində sənaye məhsullarının istehsal həcmi illik müqayisədə 1,1% azalsa da, əvəzində tikinti sektorundan artım müşahidə olunub.
“Bu ilin I rübündə ümumi daxili məhsulun (ÜDM) artımı ötən rüblə müqayisədə 0,1-0,3 bəndi çox olacaq”, – deyə Rusiya Bankı bəyan edib.