24 C
Baku
Wednesday, October 9, 2024

Rusiya Mərkəzi Bankının beynəlxalq ehtiyatları 600 milyard dollara çatıb

Bu ilin yanvarın 1-nə Rusiya Bankının (Mərkəzi Bank) beynəlxalq ehtiyatlarının həcmi 596 milyard ABŞ dollara yüksəlib.

Bu, 2020-ci ilin əvvəlinə nisbətən 42 milyard ABŞ dolları və ya 7.6 % çoxdur.

Rusiya Maliyyə Nazirliyin məlumatına görə, ölkənin digər ehtiyyat fondu Milli Rifah Fondunun həcmi 2020-ci ildə əvvəlki illə müqaisədə 46 % artaraq 183.3 milyard ABŞ dollara çatıb.

Qeyd edək ki, beynəlxalq ehtiyatlar Rusiya Bankı və hökuməti tərəfindən idarə olunan xarici valyuta, pul, İMF-də ehtiyat mövqeyi, qızıl və digər ehtiyat aktivlərindən ibarətdir.

Mənbəreport.az
Son xəbərlər
Digər xəbərlər