Rusiya Bankı (Mərkəzi Bank) bu gün keçirdiyi növbəti iclasında uçot dərəcəsini 0,25 faiz bəndi azaldaraq 9% səviyyəsində təsdiq edib.
RİA “Novosti” agentliyinə istinadən, analitiklər faiz dərəcəsinin 0,5 faiz bəndi azalacağını ehtimal etsələr də, dünya maliyyə bazarında son zamanlar yaranan qeyri-müəyyən vəziyyət və neft qiymətlərinin düşməsi bankın faizləri 0,25% azaltmasına səbəb olub. Analitiklərin fikrincə, inflyasiya gözləntilərinin dayanıqlı şəkildə azalması Rusiya Bankının bu il uçot dərəcəsini mərhələli olaraq 8,25%-ə qədər azaltmasına səbəb olacaq.
Reportun analitik qrupu uçot dərəcəsinin azaldılmasının rublun məzənnəsinə ciddi təsir etməyəcəyini proqnozlaşdırır.
Xatırladaq ki, FED-in faiz artımından sonra bir neçə bank fazi dərəcəsini artırmışdı.