Rusiya Mərkəzi Bankının xarici valyuta ehtiyatları 2022-ci ilin sentyabr ayında ötən ayla müqayisədə 24.972 milyard dollar (4.41%) azalıb.
Banker.az bu barədə Rusiya Bankına istinadən xəbər verir ki, oktyabrın 1-nə olan vəziyyətə görə, ölkənin beynəlxalq ehtiyatları 540.688 milyard dollar azalıb.
Ötən ilin oktyabrın 1-də isə Rusiyanın beynəlxalq ehtiyatları 614.122 milyard dollar təşkil edib.
Qeyd edək ki, Rusiya Mərkəzi Bankının xarici valyuta ehtiyatları 2022-ci ilin fevralından sərt sanksiyalarla üzləşir.