Rusiya maliyyə nazirinin köməkçisi İrina Okladnikova müzakirələr nəticəsində Rusiya Mərkəzi Bankının dondurulmuş ehtiyatlarını geri almağı gözlədiklərini və 2022-ci ildə büdcə öhdəliklərini yerinə yetirmək üçün kifayət qədər vəsaitə malik olduqlarını qeyd edib.
Okladnikova Rusiya parlamentinin aşağı palatası Dumadakı çıxışında Rusiyanın ehtiyatları və sanksiyalar ilə bağlı qiymətləndirmələr edib.
Banker.az Türkiyə mediasna istinadən xəbər verir ki, Rusiyaya qarşı tətbiq edilən sanksiyaları qiymətləndirməyə davam etdiklərinə diqqət çəkən Okladnikova “Prosesin maliyyə nəticələrini qiymətləndiririk. Əlbəttə danışıqlar çərçivəsində (dondurulmuş) vəsaitlərin Rusiya Mərkəzi Bankının istifadəsinə veriləcəyini və bu vəsaitlərin büdcə sistemi üçün ciddi maliyyə nəticələrinin olmayacağını gözləyirik” deyib.
Rusiyanın büdcə öhdəliklərini yerinə yetirməkdə heç bir problem yaşamayacağını bildirən Okladnikova “2022-ci ildə büdcə öhdəliklərimizi yerinə yetirmək üçün kifayət qədər vəsaitimiz var”-deyə, bildirib.