6 C
Baku
Saturday, December 14, 2024

Rusiya MB: Struktur islahatları aparılmasa, Rusiyada durğunluq davam edəcək

Əgər əmək məhsuldarlığının artırılması üçün məqsədyönlü struktur islahatları aparılmasa, iqtisadiyyatın diversifikasiyası həyata keçirilməsə Rusiyada iqtisadi artım tempi həmişə aşağı səviyyədə qalacaq. Bu açıqlamanı Rusiya Bankı (Mərkəzi Bankı) sədrinin birinci müavini Kseniya Yudaeva Ali İqtisadiyyat Məktəbindəki çıxışında bildirib.

ksenia
Ksenia Yudaeva

Sədr müavini çıxışında həmçinin qeyd edib ki, mikroiqtisadiyyat baxımından hər hansı bir layihənin həyata keçirilməsi üçün maliyyə vəsaiti tələb olunur və bunu da çap edərək təmin etmək olar. Makroiqtisadi baxımdan isə investisiyalar yığım və xarici kapital axını hesabına baş verir. Münbit investisiya mühiti olmadığı şəraitdə isə yığımlar investisiyalara transformasiya olmur, sadəcə, xaricə axır.

K.Yudaeva qeyd edib ki, son illərdə investisiyaların ÜDM-də payı azalmağa başlayıb: “İnvestisiyaların ÜDM-də xüsusi çəkisini artırmaq üçün iqtisadiyyatda adekvat gəlirliliyə malik uzunmüddətli resursların yaradılması əsas şərtdir. Bu səbəbdən dövlət xərclərinin optimallaşdırılması və effektivliyinin yüksəldilməsi ilə yanaşı, birbaşa investisiyaların cəlb olunması da vacib amildir”.

Report

Son xəbərlər
Digər xəbərlər