10 C
Baku
Thursday, December 26, 2024

Rusiya MDB-nin pensiya sazişindən çıxır

Rusiyanın MDB ölkələri vətəndaşlarının pensiya hüququ haqqında sazişdən çıxması indiyədək təyin olunmuş pensiyaların ödənilməsinə təsir göstərməyəcək.

Banker.az xəbər verir ki, bu barədə Rusiya hökuməti özünün teleqram kanalında məlumat yayılıb.

Bildirilib ki, Rusiya MDB ölkələri vətəndaşlarının pensiya təminatı sahəsində hüquqlarının təminatı haqqında sazişin üzvü olan ölkələrin hər biri ilə yeni müqavilələr imzalayacaq. Beləliklə, Moskva sazişdən 2023-cü il yanvarın 1-dən çıxacaq.

Rusiya hökuməti sazişin ləğv edilməsi ilə ölkənin Pensiya Fondunun 2023-2025-ci illərdə 18 milyard rubla yaxın vəsaitə qənaət edəcəyini açıqlayıb.

Qeyd edək ki, MDB ölkələri vətəndaşlarının pensiya təminatı sahəsində hüquqlarının təminatı haqqında sazişin iştirakçıları Rusiya, Belarus, Moldova, Qazaxıstan, Qırğızıstan, Tacikistan, Türkmənistan, Özbəkistan, Ukrayna və Ermənistandır.

MənbəModern.az
Son xəbərlər
Digər xəbərlər