10 C
Baku
Thursday, December 12, 2024

Rusiya milyarderləri bu il 46 milyard dollar itirib

Rusiya milyorderlərinin sərvəti bu ilin əvvəlindən 45,484 milyard ABŞ dolları azalıb.

Ən çox “Novatek” və “Sibura”nın sahibi Gennadi Timçenko itirib – təxminən 7 milyard dollar.

“Bloomberg Billionaires Index”ə əsasən, hazırda dünyadakı 500 ən varlı adamın 23-ü Rusiya vətəndaşıdır. Bu günə onların 328,04 milyard dollar sərvəti var.

Bu il “Novatek”in sahibi Leonid Mixelsonun sərvəti 6,48 milyard dollar azalaraq 26 milyard dollar, “NLMK”nın sahibi Vladimir Lisinin sərvəti 4,27 milyard dollar azalaraq, 23,7 milyard dollar, “Severstal”ın sahibi Aleksey Mordaşovun sərvəti isə 5,33 milyard dollar azalaraq 23,5 milyard dollar olub.

“Meqafon” və “Metallinvest”in sahibi Alişer Usmanov isə bu ilin əvvəlindən 1,63 milyard dollar itirdiyindən onun sərvəti 19,6 milyard dollar təşkil edib. “Lukoyl”un sahiblərindən biri Vahid Ələkbərov da 3,09 milyard dollar kasıblayıb. Onun sərvəti 18,7 milyard dollar olub.

“Evroxim”in keçmiş təsisçisu Andrey Melniçenkonu sərvəti 853 milyon dollar azalaraq, 18,3 milyard dollar qalıb, “Renova” şirkətlər qrupunun əsas sahibi Viktor Vekselberq bu ilin əvvəlndən 2,43 milyard dollar itirdiyindən onun sərvəti 16 milyard dollar olub. Gennadi Timçenkonun sərvəti isə 15,5 milyard dollar qalıb. Süleyman Kərimovun ailəsi isə nəzarətində olan “Polyus” şirkətinin dəyərdən düşməsinin hesabına 834 milyon dollar kasıblayıb, onların ümumi sərvəti 14,4 milyard dollar təşkil edib.

Son xəbərlər
Digər xəbərlər