“Rusiya “Mir”lə bağlı Azərbaycanla danışıqlar aparır”

“Rusiya “Mir” ödəniş kartının istifadə edilməsi ilə bağlı Azərbaycan, Çin və Misirlə danışıqlar aparır”.

Bu barədə Rusiya XİN başçısının müavini Aleksandr Pankin TASS-a müsahibəsində deyib.

“Böyük beynəlxalq kart ödəniş sistemləri tərəfindən bütün Rusiya müştərilərinin əsassız olaraq bloklanması “Mir” kartlarından istifadə coğrafiyasının genişlənməsinin prioritetliyini artırıb. Bu istiqamətdə fəal iş aparırıq”, – Pankin qeyd edib.

Qeyd edək ki, hazırda ödəniş sistemindən Ermənistan, Belarus, Qazaxıstan, Qırğızıstan, Tacikistan, Türkiyə, Özbəkistan və Cənubi Koreyada istifadə etmək olar.

 

 

Son xəbərlər
Digər xəbərlər