21 C
Baku
Wednesday, October 5, 2022

Rusiya Misirdə sənaye zonası yaradır

Rusiya Misirin Süveyş kanalı bölgəsində sənaye zonası (RSZ) yaradır.

Banker.az bildirir ki, bu barədə Misir Prezidenti Əbdül Fəttah əs-Sisi müvafiq Sərəncam imzalayıb.

2018-ci ilin may ayında Misirlə Rusiya arasında imzalanmış hökumətlərarası sazişə əsasən, Rusiya sənaye zonası Port Səid şəhərinin şərqində salınacaq. Bu il inşası başlanacaq sənaye zonasında Rusiya müəssisələri üçün enerji resurslarına xüsusi tariflərın, sadələşdirilmiş verginin və digər güzəştlərın tətbiq edilməsi nəzərdə tutulur.

Proqnoza əsasən, buradakı şirkətlər 2026-cı ilə qədər illik 3,6 milyard dollarlıq məhsul istehsal edə biləcəklər. Layihənin həyata keçirilməsinə 7 milyard dollar sərmayə qoyulacaq.

©Azərtac

Son xəbərlər
Oxşar xəbərlər