Meymunçiçəyi ən azı dörd ABŞ biolaboratoriyasının fəaliyyət göstərdiyi Nigeriyadan gətirilib.
Bu barədə Rusiya Müdafiə Nazirliyindən (MN) bildirilib.
Qeyd olunub ki, meymunçiçəyi xəstəliyinə tutulmuş 98%-i 20 yaşdan yuxarı qeyri-ənənəvi oriyentasiyaya malik olan kişilərdir.
“Epidemiyanın arxasında Pentaqon dayana bilər. Belə ki, amerikalı təlimatçılar ukraynalılara çiçək xəstəliyinə fövqəladə reaksiya vermək üçün təlim keçiblər. Üstəlik, ABŞ hərbçilərinin və tibb işçilərinin çiçək xəstəliyinə qarşı peyvənd edilməsi Vaşinqtonun çiçək xəstəliyinin patogenini prioritet bioagent kimi nəzərdən keçirdiyini göstərir”, – bildirilib.