20 C
Baku
Wednesday, April 24, 2024

Rusiya MN: “Moskva” kreyseri batıb

“Moskva” kreyseri batıb.

Bu barədə Rusiya Federasiyasının Müdafiə Nazirliyi məlumat yayıb.

“Moskva” kreyseri təyinat limanına çəkilən zaman sursatların partlaması nəticəsində yanğın zamanı gövdəyə ziyan dəydiyindən gəmi dayanıqlığını itirib. Gəmi fırtınalı dənizlər şəraitində batıb.

“Əvvəlcədən xəbər verildiyi kimi, kreyserin ekipajı ərazidəki Qara dəniz donanmasının gəmilərinə təxliyə edilib”, – Rusiya Müdafiə Nazirliyi bildirib.

Cümə axşamı gecəsi Rusiya Müdafiə Nazirliyi “Moskva” kreyserində döyüş sursatını işə salan yanğının baş verməsi barədə məlumat verib. “Ekipaj tamamilə təxliyə olunub”, – Rusiya Müdafiə Nazirliyi əlavə edib.

Cümə axşamı günortadan sonra Rusiya Müdafiə Nazirliyi kreyserin yanğından sonra suda qaldığını bildirib.

MənbəReport
Son xəbərlər
Html code here! Replace this with any non empty raw html code and that's it.
Digər xəbərlər