Polşaya Ukraynaya məxsus S-300 sistemlərinin elementləri düşüb.
Bu barədə Rusiya Müdafiə Nazirliyindən bildirilib.
Əlavə olunub ki, mütəxəssislər Polşadakı partlayış yerindən çəkilmiş görüntülərdə raket parçalarının Ukraynaya məxsus S-300-ün elementləri olduğunu müəyyən ediblər.
Qeyd edək ki, dünən Polşanın Ukrayna ilə sərhəddə yerləşən Pşevoduv yaşayış məntəqəsinə raket düşüb, nəticədə iki nəfər ölüb.
Polşa məlum insidentin baş verməsində Rusiyanı günahlandırıb.