27 C
Baku
Saturday, July 27, 2024

Rusiya MN: Qarabağda atəşkəs rejiminə riayət olunur

Qarabağda bütün təmas xəttində atəşkəs rejiminə riayət olunur.

Moskva müxbirinin verdiyi məlumata görə, bunu Rusiya Müdafiə Nazirliyinin rəsmi nümayəndəsi İqor Konaşenkov bu gün keçirdiyi brifinqdə deyib.

O, əldə olunan razılığa əsasən Rusiya sülhməramlılarının köməyi ilə Şuşada yaşayış məntəqəsi rayonunda həlak olanların cəsədlərinin mübadiləsinə başlandığını bildirib.

Konaşenkov Rusiyanın mümkün insidentlərin qarşısını almaq üçün Azərbaycan və Ermənistanın silahlı qüvvələrinin baş qərargahları ilə fasiləsiz əməkdaşlıq etdiyini bildirib.

MənbəApa.az
Son xəbərlər
Digər xəbərlər