4 C
Baku
Saturday, February 24, 2024

Rusiya MN: Ukraynada 1600-dən çox hərbi obyekt məhv edilib

Xüsusi əməliyyat başlayandan indiyə kimi Rusiya Silahlı Qüvvələri Ukraynada 1600-dən çox hərbi obyekti məhv edib.

Bunu Rusiya Müdafiə Nazirliyinin rəsmi nümayəndəsi general-mayor İqor Konaşenkov bugün keçirdiyi brifinqdə bildirib.

“Əməliyyat zamanı ümumilikdə 1612 hədəf vurulub. Onların arasında Ukrayna Silahlı Qüvvələrinin 62 idarəetmə məntəqəsi və rabitə mərkəzi, 39 ədəd “S-300”, “Buk M-1” və “Osa” zenit-raket kompleksləri, 52 radiolakasiya stansiyası var. Həmçinin, 49 təyyarə yerdə, və 13-ü isə havada, 606 tank və digər zirehli döyüş texnikası, 67 reaktiv yaylım atəş sistemi, 227 səhra artilleriya qurğusu və minaatan, 405 xüsusi təyinatlı hərbi texnika və 53 pilotsuz uçuş aparatı məhv edilib”, – Konaşenkov qeyd edib.

MənbəAPA
Son xəbərlər
Digər xəbərlər