8 C
Baku
Monday, November 18, 2024

Rusiya MN: “Vaqner”dən silah və hərbi texnikanın qəbulu başa çatıb

Rusiya Silahlı Qüvvələri plana uyğun olaraq, “Vaqner” Özəl Hərbi Şirkətinin bölmələrindən silah və hərbi texnikanın qəbulunu başa çatdırıb.

Bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.

Müdafiə Nazirliyi qeyd edib ki, onlar 2 mindən çox texnika, o cümlədən 20 minə yaxın atıcı silah və 2,5 min tondan çox müxtəlif döyüş sursatları alıblar.

“Vaqner” ÖHŞ yüzlərlə ağır silah – T-90, T-80, T-72B3 tankları, “Qrad”, “Uraqan” reaktiv yaylım atəş sistemləri, “Pançir” zenit-raket sistemləri, özüyeriyən artilleriya qurğuları təhvil verib.

Qeyd olunur ki, ötürülən texnikalar arasında döyüş şəraitində istifadə olunmayan silahlar var.

Son xəbərlər
Digər xəbərlər