16 C
Baku
Friday, May 10, 2024

Rusiya Moldova prezidentinə cavab verib

“Status-kvonun dəyişməsi Dnestryanı bölgədə sabitliyin pozulmasına səbəb olar”.

“RİA Novosti” xəbər verir ki, bunu Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov Moldova prezidenti Mayya Sandunun “Dnestraynı bölgədə rusiyalı sülhməramlılar və silah-sursatları çıxarılmalıdır” bəyanatına cavab olaraq bildirib.

Onun sözlərinə görə, Rusiya Moldovanın bu bölgəsində çox vacib funksiyanı yerinə yetirir: “Biz hesab edirik ki, bütün bunlar müzakirə olunacaq və bu baxımdan heç bir sərt fəaliyyət göstərilməyəcək”.

Xatırladaq ki, Mayya Sandu Dnestryanı ilə Azərbaycanın Qarabağ məsələsinin həlli arasında heç bir oxşarlığın olmadığını bildirib.

Qeyd edək ki, Mayya Sandu noyabrın 30-da keçirdiyi mətbuat konfransında Rusiya sülhməramlılarının Dnestryanı bölgədən çıxarılıb yerinə ATƏT-in mülki müşahidəçilərinin yerləşdirilməsini irəli sürüb.

MənbəReport
Son xəbərlər
 ⁠
Digər xəbərlər