5 C
Baku
Saturday, December 14, 2024

Rusiya Moldovaya nəzarət etmək istəyir

“Rusiya Moldovada öz təsirini gücləndirməyə və bundan Ukraynaya qarşı istifadə etməyə çalışır”.

Bunu Moldovanın xarici işlər naziri Anna Revenko söyləyib.

O, Rusiyanın Moldova üzərində təsirini gücləndirməklə Ukraynaya qarşı üstünlük əldə etmək məqsədi daşıdığını bildirib.

“Biz başa düşürük ki, Rusiya regionda öz təsirini bərpa etmək istəyir. Çünki Moldovanın coğrafi mövqeyi Rusiya Fedarasiyası üçün Avropa İttifaqı ilə bağlı potensialı olan əhəmiyyətli körpüdür. Moldovaya nəzarət Ukrayna üçün əlavə zəiflik deməkdir”,- XİN başçısı deyib.

Nazir əlavə edib ki, bu, şantaj üçün əlavə imkanlar və Dnestryanı bölgədə qüvvələrin aktivləşdirilməsinin təmin edilməsi deməkdir.

Son xəbərlər
Digər xəbərlər