“Moskviç” markalı minik avtomobilləri yenidən istehsal ediləcək
Bu barədə məlumatı Moskva şəhərinin meri Sergey Sobyanin açıqlayıb.
“Avtomobil istehsalı üzrə “Renault” şirkəti Moskvadakı zavodunu bağlamaq qərarına gəlib. Mən zavodun şəhərin balansına keçirilməsi və burada “Moskviç” tarixi brendi altında minik avtomobillərinin istehsalını bərpa etmək barədə qərar qəbul etdim. 2022-ci ildə “Moskviç”in tarixində yeni səhifə açacağıq”, – deyə Sobyanin qeyd edib.