16:36
Rusiya Mərkəzi Seçki Komissiyası prezident seçkilərində seçki bülletenlərinin 100 faizinin sayıldığını açıqlayıb.
Seçki bülletenlərinin 100%-i hesablandıqdan sonra Vladimir Putin – 87,28%, Nikolay Xaritonov – 4,31%, Vladislav Davankov – 3,85%, Leonid Slutskinin – 3,20% səs topladığı məlum olub.
Qeyd edək ki, Mərkəzi Seçki Komissiyası martın 21-də Rusiya Federasiyasında keçirilən prezident seçkilərinin nəticələrinə rəsmi yekun vuracaq. MSK sədri Ella Pamfilovanın sözlərinə görə, seçici fəallığı müasir Rusiya tarixində rekord göstərici olub: seçki məntəqələrinə 87,1 milyondan çox rusiyalı, yəni seçicilərin 77,44%-i gəlib.
***
08:48
Rusiyada seçki bülletenlərinin 99,1 %-i hesablanıb, hazırkı dövlət başçısı Vladimir Putin prezident seçkilərində liderdir.
Bu barədə Rusiya Federasiyası Mərkəzi Seçki Komissiyasının (MSK) rəsmi saytında dərc olunan məlumatda deyilir.
Prezident seçkilərində səsvermənin nəticələrinə əsasən bülletenlərin 99,1 %-nin hesablanmasından sonra Vladimir Putin (namizədliyi özü tərəfindənə irəli sürülüb) 87,33 %, Nikolay Xaritonov (Rusiya Kommunist Partiyası) 4,31%, Vladislav Davankov (“Yeni İnsanlar”) 3,79%, Leonid Slutski (RLDP) – 3,19 % səs toplayıb.