26 C
Baku
Saturday, July 27, 2024

Rusiya müdafiə nazirinin müavini: “Dünyada yeni soyuq müharibə başlayır”

“Hərbi rəqiblərin həyata keçirdiyi doktrinalar çərçivəsində dünyada yeni soyuq müharibə başlayır”.

Bunu Rusiya müdafiə nazirinin müavini Aleksandr Fomin “RT” telekanalına müsahibəsində bildirib.

“Ölkələrin yeni soyuq müharibəyə cəlb olunduğunu görürük. Dövlətlərin “özümüzünkü” və “yadlar”a bölünməsi ikincilərin birmənalı şəkildə rəqib kimi göstərilməsidir”, – o qeyd edib.

Nazir müavininin sözlərinə görə, bütün bu kimi məsələlər iyunun 22-24-də Moksvada keçiriləcək beynəlxalq təhlükəsizlik üzrə IX konfransda müzakirə olunacaq.

MənbəReport
Son xəbərlər
Digər xəbərlər