4 C
Baku
Friday, January 27, 2023

Rusiya müdafiə nazirinin müavininin yeni PUA və raketlər üçün İrana getdiyi ehtimal edilir

İran Silahlı Qüvvələrinin Baş Qərargah rəisi general-mayor Məhəmməd Baqiri Rusiya müdafiə nazirinin müavini general-polkovnik Aleksandr Fomin ilə Tehranda görüşüb. Tərəflər pilotsuz uçuş aparatlarının (PUA) və raketlərin yeni tədarüklərini müzakirə edə bilərlər.

Bu barədə ABŞ-ın Müharibə Araşdırmaları İnstitutu (ISW) məlumat yayıb.

İranın rəsmi dövlət mediasının verdiyi məlumata görə, onlar hərbi əməkdaşlığı müzakirə ediblər.

“Ola bilsin ki, onlar Ukraynada istifadə üçün İran PAU-larının və raketlərinin Rusiyaya satılmasını müzakirə ediblər. Məhəmməd Baqiri İranın müdafiə baş komandanıdır, hərbi siyasət və strateji rəhbərliyə cavabdehdir”- məlumatda vruğulanıb.

Xatırladaq ki, Rusiya hərbçiləri iki həftədən artıqdır ki, İranın pilotsuz uçuş aparatlarını Ukraynada istifadə etmir. Bu, PUA-ların ilk partiyasının artıq başa çatdığını göstərə bilər.

Son xəbərlər
Digər xəbərlər
X