2 C
Baku
Saturday, December 14, 2024

Rusiya müdafiə naziri və Baş Qərargah rəisinin müavinləri “Vaqner”in rəhbəri ilə görüşüb

Rusiya müdafiə nazirinin müavini Yunus-Bek Yevkurov və Silahlı Qüvvələrin Baş Qərargah rəisinin müavini Vladimir Alekseyev Rostov-Don şəhərində “Vaqner” Xüsusi Hərbi Şirkətinin rəhbəri Yevgeni Priqojinlə görüşüb.

Məlumatı iyunun 24-də “Razqruzka Vaqner” telegram kanalı yayıb.

Məlumata görə, danışıqlar zamanı Y.Priqojin bildirib ki, müdafiə naziri, ordu generalı Sergey Şoyqu və Baş Qərargah rəisi, ordu generalı Valeri Gerasimov onlara təhvil verilməyənədək vaqnerçilər Rostovu blokadada saxlayacaq və Moskvaya doğru hərəkət edəcəklər.

Rusiyanın Cənub Hərbi Dairəsi görüşlə bağlı video yayıb.

MənbəReport
Son xəbərlər
Digər xəbərlər