“Ukrayna Silahlı Qüvvələrinin aviabazalarının hərbi infrastrukturu sıradan çıxarılıb”.
“RİA Novosti” xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.
Nazirlik Rusiya ordusunun Ukraynanın şəhərlərinə heç bir raket, hava və ya artilleriya zərbəsi endirmədiyini iddia edib.
“Ukrayna Silahlı Qüvvələrinin hərbi infrastrukturu, hava hücumundan müdafiə obyektləri, hərbi aerodromlar, aviasiyası yüksək dəqiqlikli silahlarla sıradan çıxarılıb”, – Müdafiə Nazirliyinin rəsmi məlumatında bildirilib.
Qeyd olunub ki, Ukraynanın sərhəd xidmətləri Rusiya bölmələrinə heç bir müqavimət göstərmir: “Ukrayna Silahlı Qüvvələrinin hava hücumundan müdafiə sistemləri məhv edilib”.