-1 C
Baku
Sunday, December 15, 2024

Rusiya müharibə başlayandan yodu Azərbaycandan 2 dəfə baha alır, lakin yerli zavod…

Rusiya Federasiyası 2022-ci ilin əvvəlində Ukrayna ilə müharibəyə başlayandan sonra Azərbaycandan tibdə daha çox istifadə edilən yod alışını kəskin artırıb, amma yerli zavodlar əvvəlki gücdə istehsalı bərpa edə bilmir.

Banker.az bu barədə rəsmi statistik göstəricilərə istinad edir.

Qeyd edilir ki, 2022-ci ilin ilk səkkiz ayında Rusiya Federasiyası Azərbaycandan ümumilikdə 94.26 ton həcmində yod alıb.

Azərbaycan Rusiyaya satdığı yodun müqabilində $7.04 mln. valyuta əldə edib.

Ölkəmiz xaricə ümumilikdə yanvar-avqust aylarında 128.76 ton, yaxud $8.87 milyonluq yod satıb.

Bu öncəki illə müqayisədə 6 dəfə artıb. Ötən ilin müvafiq dövründə cəmi 16 ton həcmində Azərbaycandan almışdı və bu da $0.58 mln. dəyərində idi.

Rusiya yod idxalçısı olsa da, onun idxal payında ən böyük pay Türkmənistana məxsus idi. 2021-ci ildə $8.16 mln-luq yodun $3.62 mln.-u Türkmənistandan alınmışdı.

Azərbaycanda yod sənayesi buna bir qədər adekvat cavab verməyib. Ölkədə ixracın həcminin 6 dəfə böyüməsinə rəğmən, yerli istehsal ilin yanvar-avqust aralığında 14.3% artaraq cəmi 143.5 ton təşkil edib. İllərdir böyük daralmaya məruz qalan bu sənaye əvvəlki illərdəki istehsal gücünə qayıda bilmir. Azərbaycanda yodun əsas istehsalşısı “Azər-yod” MMC-dir. Neftçala rayonunda olan yod zavodu ona məxsusdur.

Azərbaycanda yod istehsalı, yanvar-sentyabr:

  • 2013 – 203.1 ton
  • 2014 – 196.2 ton
  • 2015 – 188.8 ton
  • 2016 – 156.4 ton
  • 2017 – 146.5 ton
  • 2018 – 136.9 ton
  • 2019 – 144.3 ton
  • 2020 – 135.4 ton
  • 2021 – 125.6 ton
  • 2022 – 143.5 ton

Bu il Azərbaycan yodu Rusiyaya öncəki ildən ortalama müqayisə edildikdə iki dəfə baha satıb. Məsələn, car ildə 1 ton yodun ixrac dəyəri $74 648 təşkil edib. Bu öncəki ildə $36 250 idi.

Cari ilin ayları üzrə dinamika daha çox maraq doğurur. Məsələn, mart ayından sonra RF cənub qonşusu Azərbaycandan yod almağında mütəmadilik müşahidə edilir. Eləcə də hər ay keçdikcə qiymətlər yuxarı dinamika ilə artıb. İyul və avqusta yodun hər tonu 80 min dollardan baha satılıb.

Azərbaycanın Rusiyaya ixrac etdiyi yod, hər ay üzrə
Tarix İdxal, ton İdxal, min $ Bir tonun dəyəri, $
Yanvar 2022 15.8         884.80  56,000.00
Fevral 2022 0               –  –
Mart 2022 10         585.00  58,500.00
Aprel 2022 7.46         503.11  67,441.02
May 2022 6.6         462.39  70,059.09
İyun 2022 12.1         947.66  78,319.01
İyul 2022 23.2      1,986.40  85,620.69
Avqust 2022 19.1      1,667.04  87,279.58

Yeri gəlmişkən, sosial şəbəkələrdə və eləcə də bir sıra mediada Azərbaycanda yod çatışmamazlığı ilə bağlı xəbərlər yayılsa da Azərbaycanın Səhiyyə Nazirliyi Analitik Ekspertiza Mərkəzindən açıqlama gəldiki, bu çatışmamazlıq aradan qaldırılıb.

 

Son xəbərlər
Digər xəbərlər