31 C
Baku
Friday, July 19, 2024

Rusiya NATO-nun şərqə doğru genişlənməsini Avropa üçün dağıdıcı addım hesab edir

Rusiya NATO-nun şərqə doğru genişlənməsini Avropanın təhlükəsizliyi üçün son dərəcə təhlükəli və dağıdıcı addım hesab edir.

Bunu Rusiya xarici işlər nazirinin müavini Mixail Qaluzin “İzvestiya”ya müsahibəsində bildirib.

Onun sözlərinə görə, 1991-ci ildən sonra NATO-ya üzv ölkələrin sayı iki dəfə artıb:

“1990-cı illərdən bəri baş verənlərə baxın. Hər şey bloka üzv dövlətlərin şərqə bir qarış da hərəkət etməmək vədi ilə başladı. Moskvanın o zaman etibarlı hesab etdiyi alyans ölkələrinin bir çox dövlət xadimləri sadəcə olaraq irəliləyiş olmayacağını deyirdilər. Amma 1991-ci ildən bəri bloka üzv ölkələrin sayı iki dəfə artıb və alyans Rusiya sərhədlərinə yaxınlaşıb. Bu nümunə NATO üzvü olan ölkələrin liderlərinin verdiyi vədlərin əsl dəyərini göstərir. Bloka daxil olan dövlətlərin liderləri Moldovanı daha bir Ukrayna rolunda görürlər. Xüsusilə, onlar Kişinyovdakı hazırkı hökumətin NATO-yönlü ambisiyalarını qidalandırır, onunla hərbi-texniki əməkdaşlıq qurmaq niyyətlərini bəyan edirlər və moldovalı ali rəhbərliyin sözün həqiqi mənasında gündəlik olaraq müraciət etdiyi tamamilə nalayiq anti-Rusiya ritorikasını hər cür təşviq edirlər. Baxmayaraq ki, həmin hökumət əslində heç də moldovalı deyil.

Bilmirəm hamıda var, ya yox, amma onların böyük əksəriyyətinin Rumıniya pasportu da var. Onların Moldova dilinin adını rumın dilinə çevirmələrinə əsaslansaq, belə nəticəyə gəlmək olar ki, onlar Moldovadan daha çox Rumıniya vətəndaşlarıdır və onların siyasəti daha çox Rusiya ilə qarşıdurma əhval-ruhiyyəsində olmayan Moldova xalqının əsas maraqlarına xidmət etməyə deyil, Rumıniyanın Moldova ilə bağlı ekspansionist ambisiyalarını təşviq etməyə və NATO ölkələri ilə yaxınlaşmasına yönəlib.

Biz Moldova ilə bütün sahələrdə qarşılıqlı faydalı mehriban qonşuluq əməkdaşlığını inkişaf etdirməyə hazır olduğumuzu və onunla praqmatik əməkdaşlığa hazır olduğumuzu dəfələrlə demişik, lakin təəssüflər olsun ki, Kişinyovda anti-Rusiya ritorikası üstünlük təşkil edir və NATO ilə münasibətlərin daha da yaxınlaşması üçün tədbirlər görülür”, – Rusiya XİN başçısının müavini vurğulayıb.

MənbəApa
Son xəbərlər
Digər xəbərlər