18 C
Baku
Monday, April 29, 2024

Rusiya neft embarqosundan nə qədər itirəcək?

“BCS Global Markets” investisiya bankının mütəxəssisləri Avropa İttifaqının altıncı sanksiyalar paketində tətbiq etdiyi neft embarqosu səbəbindən Rusiyanın 2023-cü ildə mümkün itkilərini hesablayıblar.

Banker.az xəbər verir ki, bu barədə “Secretmag” yazır.

Sənədə əsasən, altı aydan sonra Avropa ölkələri neftdən, səkkiz aydan sonra isə neft məhsullarından imtina edəcəklər. İnvestisiya bankının baş iqtisadçısının dediyi kimi, bu halda Rusiya büdcəsinin itkiləri 30-50 milyard dollar arasında dəyişə bilər.

Analitik qeyd edib ki, Rusiyanın neft və neft məhsulları ixracının 50%-i Avropa İttifaqı (Aİ) ölkələrinin payına düşür. 2022-ci ilin birinci rübündə isə bu rəqəm daha 5% artıb. Rusiya başqa alıcılar tapa bilər, lakin bu, vaxt tələb edir və uzunmüddətli perspektivdə ölkənin iqtisadi vəziyyətini çətinləşdirə bilər.

2023-cü il üçün proqnozlar o qədər də nikbin deyil. “BCS GM” nümayəndəsinin sözlərinə görə, təhlil Avropa tədarükünün 90% azalması və qiymətlərin artması nəzərə alınmaqla aparılıb.

“Hasilatın 30% azalması (350 milyon tona qədər) və Urals neftinin maya dəyərinin 80 dollar/barel olması kimi əlverişsiz ssenaridə 2023-cü ildə büdcə gəlirləri büdcə qanununda nəzərdə tutulandan 50 milyard dollar az ola bilər. Ancaq Urals neftinin qiyməti 110 dollar/barelə qalxarsa, itkilər 30 milyard dollar təşkil edəcək”, – deyə mesajda bildirilir.

Avropa ölkələri və ABŞ neft almaq üçün BƏƏ və Səudiyyə Ərəbistanına yönəlsələr də, neft istehsalçıları qiymətləri artırmağa başlayıblar.

Son xəbərlər
Html code here! Replace this with any non empty raw html code and that's it.
Digər xəbərlər