13 C
Baku
Tuesday, November 4, 2025

Rusiya neft hasilatında növbəti tarixi maksimuma imza atıb

Rusiya sentyabr ayında sutkalıq neft hasilatını 11,75 mln. barrelə çatdıraraq növbəti tarixi maksimuma imza atıb. “İnterfax” agentliyinə istinadən xəbərə görə, bunu Rusiyanın energetika nazirinin müavini Kirill Molodtsov bildirib.

“Dünənki göstərici 11,75 mln. barrelə çatıb”, – deyə K. Molodtsov bildirib.

Maraqlıdır ki, OPEC ölkələri ilə görüşdə Rusiya sutkalıq hasilatın dondurulması məsələsini qaldırır. Sentyabr ayının əvvəlində Rusiya energetika naziri Aleksandr Novak Səudiyyə Ərəbistanından olan həmkarı Xalid əl-Falih neft bazarının stabilləşdirilməsi ilə bağlı birgə bəyanat imzalayıb. Bunun ardanca A. Novak qeyd edib ki, sənəd neft hasilatının dondurulmasını da nəzərdə tutur.

APA

Son xəbərlər
Digər xəbərlər