25 C
Baku
Friday, July 19, 2024

Rusiya neft hasilatının könüllü azaldılmasına sadiqliyini təsdiqləyib

Hazırda Rusiya gündəlik neft hasilatını 2023-cü ilin fevral ayı səviyyəsindən 500 min barel azaldır.

Bunu Rusiya baş nazirinin müavini Aleksandr Novak deyib.

“Hasilatın könüllü azaldılmasının hədəf səviyyəsi fevral səviyyəsindən 2023-cü ilin sonuna qədər gündəlik 500 min bareldir. Monitorinq müstəqil mənbələrə əsasən aparılacaq”, – Aleksandr Novak qeyd edib.

Onun sözlərinə görə, Rusiya neft hasilatının könüllü azaldılmasına tam sadiqliyini və həyata keçirilməsini bir daha təsdiqləyir.

Xatırladaq ki, “OPEC+” 2020-ci ilin may ayında koronavirus pandemiyasının səbəb olduğu neftə tələbatın azalması səbəbindən gündəlik neft hasilatını 9.7 mln. barel azaldıb. 2022-ci ilin avqust ayından etibarən alyans bu ixtisarlardan çıxmaq üçün son mərhələyə keçdi, lakin noyabr ayında hasilatı yenidən azaltdı. (Avqust ayı üçün mümkün olan maksimum səviyyədən gündəlik 2 mln. barel) Bu qərar 2023-cü ilin sonuna qədər qüvvədədir.

Bundan əlavə, may ayından etibarən bəzi “OPEC+” razılaşması ölkələri gündəlik neft hasilatını əlavə olaraq 1.66 mln. barel azaldacaq.

MənbəApa
Son xəbərlər
Digər xəbərlər