15 C
Baku
Friday, May 3, 2024

Rusiya neft hasilatının yenidən azaldılmasına ehtiyac görmədiyini açıqladı

Rusiya baş nazirinin müavini Aleksandr Novakın sözlərinə görə, qlobal xam neft bazarı tarazlıqda olduğundan və əsas hasilatçıların artıq razılaşdıqlarından əlavə neft hasilatının azaldılmasına ehtiyac görmürlər.

Banker.az xəbər verir ki, bu barədə Bloomberg məlumat yayır.

Aprelin əvvəlində OPEC+ istehsalçıları Rusiyadan gələn əvvəlki məhdudiyyətlərə əlavə olaraq, gündəlik hasilatı 1 milyon bareldən çox azaldacaqlarını elan etmişdilər. Bu hadisə birjalarda neft qiymətlərində qısa mövqedə dayanan treyderlər üçün böyük itkiyə səbəb olmuşdu və Brent nefti bazar ertəsinə 85 dollara qədər yüksəlmişdi.

“Biz bu qərarı bir ay əvvəl qəbul etdik və bu, may ayından etibarən azalmalara könüllü qoşulan ölkələr üçün qüvvəyə minəcək”, – Novak Moskvada deyib. O əlavə edib ki, könüllü ixtisarlar balansın pozulması halında bazara dəstək olacaq.

Novak açıqlamada deyib ki, Rusiyanın aprel ayında “söz verildiyi kimi” öz xam neft hasilatı, gündəlik 500 min barel azaldıb. Novakın sözlərinə görə, ölkənin ümumi xam neft və kondensat hasilatı bu il 20 milyon ton azalaraq 515 milyon tona və ya gündə 10.34 milyon barelə bərabər olacaq.

Xatırladaq ki, hazırda ABŞ-dən gələn “resessiya” qorxusu neftin qiymətini ötən gün yenidən 82 $/bll-dən, 78$/bll-ə qədər uczulaşdırdı.

Son xəbərlər
 ⁠
Digər xəbərlər