9 C
Baku
Sunday, November 17, 2024

Rusiya neft məhsullarının ixracına qadağa qoya bilər

Rusiyada mövcud yanacaq çatışmazlığı məhsul yığımı və qış səpinini ləngidə bilər. 

Bu barədə Rusiya Federasiyasının Kənd Təsərrüfatı naziri Dmitri Patruşev məlumat verib.

Onun sözlərinə görə, cəmi bir həftə əvvəl yanacağın yüksək qiymətindən danışılırdısa, indi vəziyyət daha da mürəkkəbləşib: “Bizim problemimiz yanacaq qıtlığı ilə bağlıdır. Məhsul yığımını dayandırsaq, qış səpinini apara bilməsək, fəlakət olar”.

O, bildirib ki, hazırda yardım üçün Energetika Nazirliyinə müraciət ediblər. Nazir daxili bazarda vəziyyət sabitləşənə qədər neft məhsullarının ixracına müvəqqəti qadağa qoyulmasını təklif edib.

Son xəbərlər
Digər xəbərlər