Rusiya Əfqanıstanla neft məhsullarının tədarükü və bu ölkənin ərzaq təhlükəsizliyini təmin etmək üçün əməkdaşlıq edə bilər.
Bu barədə Rusiya Prezidentinin Əfqanıstan üzrə xüsusi nümayəndəsi, Xarici İşlər Nazirliyinin İkinci Asiya Departamentinin direktoru Zamir Kabulov “Rossiya-24” telekanalının efirində deyib.
“Əfqanıstan iqtisadiyyatının, sözün əsl mənasında, ilkin zəruri ehtiyaclarının təmin edilməsi üçün neft məhsulları vacibdir. Lakin neft yeganə vasitə deyil”, – deyə Kabulov əlavə edib.
Xatırladaq ki, Kabulov bir müddət əvvəl Rusiya Prezidenti Vladimir Putinə “Taliban”ın “Qadağan olunmuş təşkilatlar siyahısı”ndan çıxarıla biləcəyini bildirib.