Rusiyanın “Lukoyl” və “Rosneft” neft şirkətlərinin iştirakı ilə Azərbaycan və Qazaxıstanda həyata keçirilən beynəlxalq layihələr Böyük Britaniyanın sanksiyalarından azad edilib.
Bu barədə “Lukoyl” və “Rosneft”i sanksiyalar siyahısına əlavə edən Böyük Britaniyanın Maliyyə Nazirliyindən bildirilib.
“Xəzər Boru Kəməri Konsorsiumu”, “TengizChevroil”, “Şahdəniz”, “Cənubi Qafqaz Qaz Boru Kəməri” (Bakı-Tiflis-Ərzurum), “Azerbaijan Gas Supply Company” və “Qaraçaqanak” layihələri 14 oktyabr 2027-ci il tarixinədək sanksiyalardan azad edilib.