23 C
Baku
Sunday, July 21, 2024

Rusiya neft tədarükünün sutkada 300 min barel azaldılmasını ilin sonuna qədər uzadıb

Rusiya neft tədarükünün könüllü olaraq sutkada 300 min barel azaldılmasını (əvvəllər sentyabrda qəbul edilmişdi) 2023-cü ilin sonuna qədər uzatmaq qərarına gəlib.

Bu barədə jurnalistlərə Rusiya baş nazirinin müavini Aleksandr Novak məlumat verib.

“Rusiya dünya bazarlarına neft tədarükünün əlavə könüllü kəsilməsini 2023-cü ilin dekabr ayının sonunadək sutkada 300 min barel artıracaq”.
Novakın sözlərinə görə, neft tədarükünün kəsilməsinin ilin sonuna qədər uzadılması qərarı “neft bazarlarında sabitliyi və tarazlığı qorumaq üçün OPEC+ ölkələrinin gördüyü ehtiyat tədbirlərinin gücləndirilməsinə yönəlib”.
Hələ mart ayında Rusiya könüllü olaraq neft hasilatını fevral ayının orta göstəricisindən gündəlik 500 min barel azaltmağa başlayıb. Bu endirimin qüvvədə olma müddəti bir neçə dəfə – əvvəlcə iyun ayına qədər, sonra isə 2023-cü ilin sonuna qədər uzadılıb. İyunun 4-də Vyanada baş tutan OPEC+ görüşündən sonra isə hasilatın könüllü azaldılması qərarı 2024-cü ilin sonuna qədər uzadılıb.
Avqust ayında Rusiya Federasiyası hasilatı azaltmaq öhdəliyinə əlavə olaraq dünya bazarına neft tədarükünü daha 500 min barel azaltmağa başladı, sentyabrda isə tədarükləri sutkada 300 min barel azaltmağa başladı. Rusiya OPEC+ ölkələri ilə Rusiya neftinin xarici bazarlara tədarükünün azaldılması üçün yeni parametrlər barədə razılığa gəlib.

Mənbəunikal
Son xəbərlər
Digər xəbərlər