5 C
Baku
Saturday, December 14, 2024

Rusiya neft və təbii qaz statistikasının dərcini qadağan etdi

Rusiya hökuməti ölkədə neft və qaz hasilatı statistikasının dərcini 2024-cü il aprelin 1-dək dayandırıb.

Rusiya hökumətinin neft və qaz hasilatı statistikası ilə bağlı qərarı ölkənin hüquqi informasiya sistemində dərc olunub.

Müvafiq olaraq, Rusiyanın neft və təbii qaz hasilatı ilə bağlı statistika 2024-cü il aprelin 1-dək açıqlanmayacaq.

Rusiya prezidenti Vladimir Putinin fevral ayında imzaladığı qanun Rusiya hökumətinə istənilən rəsmi statistikanı gizlətmək səlahiyyəti verib.

Rusiya Federal Statistika İnstitutu (Rosstat) 2022-ci ilin aprelində ölkənin xarici ticarət məlumatlarının dərcini dayandırmaq qərarına gəlib.

Son xəbərlər
Digər xəbərlər