14 C
Baku
Saturday, November 23, 2024

Rusiya nefti 13 dollara düşdü

Rusiyanın Urals markalı neftinin qiyməti bazar ertəsi günü 13 dollara düşüb. Banker.az xəbər verir ki, bu haqda “Argus” agentliyi məlumat verib.

Qeyd edək ki, Urals nefti Şimal Dənizindən hasil olunan yüngün neftin qiymətini əks etdirir. Bazar ertəsi günü eniş 4,75 dollar təşkil edib və bu, 2008-ci ildən bəri ən yüksək göstəricidir.

Ümumilikdə, Urals nefti 15,25 dollara qədər ucuzlaış ki, bu da 1999-cu ilin iyunundan bəri minimum qiymətdir.

Urals neftinin 15 dollardan aşağı olan qiymətə düşməsi, Rusiyanın neft-qaz sənayesindən əldə etdiyi gəlirin kəskin azalmasına gətirib çıxaracaq. Bu haqda “Vygon Consulting” in aparıcı iqtisadçısı Serqey Yejov bildirir.
Martın 20-də maliyyə naziri Anton Siluanov Rusiyanın neft ehtiyatlarının altı ilədək bəs edəcəyini vurğulamışdır. Onda Urals markalı neftin qiyməti 23 dollar idi.

Mütəxəssislərin qeyd etdiyi kimi, yaxın üç-dörd ayda neft qiymətlərinə əsas iki amil təsir göstərəcək: tələbatın aşağı düşməsi və Rusiya ilə Səudiyyə Ərəbistanı arasında gedən qiymət müharibəsi. Qiymətləndirmələrə görə, 2020-ci ildə neftə olan tələbat gündə 4,5 milyon barelə düşəcək, Brent markalı neftin qiyməti isə orta hesabla 37 dollar təşkil edəcək, bu haqda “Bloomberg” yazır.

Son xəbərlər
Digər xəbərlər