12 C
Baku
Saturday, November 23, 2024

“Rusiya nefti başqa uzaq bazarlarda və endirimlə satılmalı olacaq”

“ABŞ-dan Avropaya gündəlik bir milyon bareldən çox neft tədarük edilir. Bu, Rusiya xam neftini əvəz etmək üçün görülən tədbirlər silsiləsinə daxildir”.

Bu barədə “Vitol” neft ticarəti şirkətinin direktoru Rassel Hardi 38-ci Asiya-Sakit okean Neft Konfransı çərçivəsində bildirib.

Onun sözlərinə görə, Rusiya Federasiyasının xammalı Böyük Britaniya, ABŞ və Aİ-dən kənarda özünə satış obyektləri tapmalı olacaq.

“Bu xammal daha da uzaqlara gedəcək və başqa bazarlar tapacaq, həmçinin satışı da endirimlə olacaq”, – deyə Hardi qeyd edib.

MənbəOxu.az
Son xəbərlər
Digər xəbərlər