1 C
Baku
Saturday, December 14, 2024

Rusiya neftin 60 dollar olmasına razılıq vermədi

Rusiya neftin qiymətinə qoyulan həddi qəbul etməyəcək.

Bunu Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov jurnalistlərə açıqlamasında deyib.

Xatırladaq ki, Avropa İttifaqı, G7 ölkələri və Avstraliya Rusiya neftinin bir barelinin qiymətini 60 dollar məbləğində müəyyən ediblər.

Peskov ölkəsinin bu qərarla razı olmadığını və vəziyyətlə bağlı təcili təhlil aparıldıqdan sonra qərar veriləcəyini bildirib.

Hökumət sədrinin müavini Aleksey Novak da qeyd edib ki, Rusiya qiymət həddi müəyyən etmiş ölkələrə neft ixrac etməyəcək.

Son xəbərlər
Digər xəbərlər