9 C
Baku
Friday, December 13, 2024

Rusiya neftinin Çinə tədarükü iki dəfədən çox azalıb

İyun ayında Rusiya neftinin Çinə tədarükü iki dəfədən çox azalıb.

Bu barədə “Reuters” agentliyi treyderlərə istinadən xəbər verib.

Qeyd olunub ki, may ayında analoji dövr üçün tədarüklər 0.67 milyon ton, iyunda isə cəmi 0.26 milyon ton təşkil edib.

Neft treyderlərindən birinin sözlərinə görə, tələbin azalmasına səbəb İran neftinə olan endirimlər olub.

Daha əvvəl Avropa Statistika Agentliyi “Eurostat” məlumat verib ki, mart ayında Rusiya nefti və neft məhsullarının Avropa İttifaqına idxalı 2019-2022-ci illərin orta aylıq səviyyəsi ilə müqayisədə 1.4 milyon tona qədər azalıb.

MənbəReport
Son xəbərlər
Digər xəbərlər