TASS xəbər agentliyinin “Argus Media” ya istinadən verdiyi məlumata görə, Rusiya neftinin ixrac qiyməti mənfiyə düşüb.
Banker.az bu barədə xarici mətbuata istinadn xəbər verir.
“Argus Media” nın qeyd etdiyi kimi, daşınma, ixrac rüsumlarının ödənişi və digər xərclər Rusiyanın Urals markalı neftinin qiymətini üstələyib.
“Təchizatçılar aşağı qiymətlərin Rusiyada neft satışının sıfıra və ya hətta mənfi gəlirliyə səbəb olacağından narahatdırlar”, – agentlik qeyd edir.
Çərşənbə axşamı günü Urals markalı neftin qiyməti 1999-cu ilin martından bu yana ən aşağı səviyyəyə – bir barel üçün 13 dollara düşüb. Rusiyanın Maliyyə Nazirliyinin verdiyi məlumata görə, 2020-ci ilin mart ayında Urals markalı neftin orta qiyməti 48,18 dollar təşkil edib.