1 C
Baku
Saturday, December 14, 2024

Rusiya neftinin qiymətinə limit qoyulmasının təfərrüatları açıqlanıb

“G7 (“Böyük Yeddilik”) ölkələrinin Rusiya neftinin qiymətinə qoyacağı limit ədalətli bazar qiyməti ilə müəyyən edilməlidir”.

Bu barədə ABŞ Maliyyə Nazirliyinin nümayəndəsi Elizabet Rozenberq bildirib.

Onun sözlərinə görə, qiymət Rusiya neftinin hasilatı ilə bağlı maksimum xərclərdən yuxarı təyin olunmalı və tarixi qiymətlər nəzərə alınmalıdır.

O deyib ki, G7 ölkələri qiymət limitini və bunun həyata keçirilməsi ilə bağlı digər detalları müəyyən etmək üçün yaxın həftələrdə birgə işləyəcək.

MənbəReport
Son xəbərlər
Digər xəbərlər