14 C
Baku
Saturday, November 23, 2024

Rusiya neftinin qiymətinə tətbiq olunan yuxarı hədd bazara təsir edəcək

“Rusiya neftinin qiymətinə tətbiq olunan yuxarı hədd tam müəyyən olunmayan bəzi çətinliklərə səbəb olacaq”.

Bunu “Qazprom neft” şirkətinin baş direktoru Aleksandr Dyukov bildirib.

“Əlbəttə, bəzi çətinliklər olacaq və bütün çətinlikləri tam dərk etmirik. Biz bu çətinliklərin öhdəsindən gələcəyik”, – deyə A.Dyukov əlavə edib.

Dyukov onu da vurğulayıb ki, rəsmi Moskvanın Rusiya neftinin maya dəyərini məhdudlaşdıran ölkələrə neft verməkdən imtina etməsi, şübhəsiz ki, bazardakı vəziyyətə, həmçinin qiymətlərə təsir edəcək.

Qeyd edək ki, G7 ölkələrinin maliyyə nazirləri Rusiya neftinin qiymətinə limit qoyulması ilə bağlı razılığa gəlib. ABŞ-ın maliyyə naziri Canet Yellen Rusiya neftinin hər barelinə tətbiq olunacaq 60 dollarlıq ən yuxarı həddin rəsmi Moskvanın enerji gəlirlərini azaltmaq üçün kifayət edəcəyini açıqlayıb.

MənbəApa
Son xəbərlər
Digər xəbərlər