23 C
Baku
Tuesday, May 28, 2024

Rusiya neftinin tərəfdaş ölkələrə ixracı 25% artıb

Bu ilin ilk doqquz ayında Rusiya neftinin tərəfdaş ölkələrə ixracı təxminən 25 faiz artıb.

Bunu Rusiya Prezidenti Vladimir Putin strateji inkişaf və milli layihələrlə bağlı Şuranın iclasında bildirib.

“Bu ilin doqquz ayı ərzində tərəfdaş dövlətlərə neft ixracı təxminən dörddə bir dəfə artıb”, – Putin Rusiyanın enerji daşıyıcılarının dost ölkələrin bazarlarına yönəldilməsindən danışarkən deyib.

Rusiya Prezidenti bildirib ki, ölkəsi sıxılmış qaz (LNG) tədarükünü 70 milyard kubmetr artıracaq: “Yamalda yeni LNG layihələri 2030-cu ilə qədər mayeləşdirilmiş təbii qazın istehsalını 70 milyard kubmetr artıracaq ki, bu da ixracın (qaz) coğrafiyasını genişləndirməyə kömək edəcək”, – Putin vurğulayıb.

MənbəApa
Son xəbərlər
 ⁠
Digər xəbərlər