24 C
Baku
Thursday, June 30, 2022

Rusiya Niderlandın 14 diplomatını “arzuedilməz şəxs” elan edib

Rusiya Niderlandın Moskvadakı səfirliyinin və Sankt-Peterburqdakı Baş Konsulluğunun 14 əməkdaşını “arzuedilməz şəxs” elan edib.

“RİA Novosti” xəbər verir məlumatı Rusiya Xarici İşlər Nazirliyi yayıb.

Bildirilib ki, aprelin 19-da Niderlandın Rusiyadakı səfiri Xilles Arno Besxoor Plux Xarici İşlər Nazirliyinə çağırılıb və ona rusiyalı diplomatların Niderlanddan çıxarılması ilə bağlı etiraz notası təqdim olunub.

Məlumata görə, niderlandlı dilomatlar 14 gün ərzində Rusiya ərazisini tərk etməlidir.

Xatırladaq ki, daha əvvəl Niderland Rusiyanın 17 diplomatını “persona non qrata” elan edib. Onlar Rusiya kəşfiyyatına işləyərək krallığın təhlükəsizliyini təhdid etməkdə şübhəli bilinib.

MənbəReport
Son xəbərlər
Oxşar xəbərlər